Kanadanın Baş naziri Castin Trudonun təyyarəsi Yamayka səfəri zamanı xarab olub. Bu, onun son dörd ayda ikinci yol qəzası hesab olunur.
BUTA.TV xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
“Kanada Silahlı Qüvvələri problemi həll etmək üçün təmir heyəti ilə birlikdə ikinci təyyarə göndərmək məcburiyyətində qalıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Trudo ailəsi ilə birlikdə Karib dənizində istirahət edirmiş:
“Təhlükəsizlik səbəbindən hərbi təyyarə ilə getməli olan Baş nazir dekabrın 26-da Yamaykaya uçub. Problem isə yanvarın 2-də aşkarlanıb”.
Xatırladaq ki, ötən ilin sentyabrında da nəqliyyatdakı mexaniki problem səbəbindən Trudo Hindistanı iki gün gec tərk etmişdi. Nasazlıq yaranan hər iki təyyarə Kanada Silahlı Qüvvələrinin istifadəsində olan “CC-144 Challengers”dir.
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər