Yaponiyada zəlzələdə ölənlərin sayı 160-ı keçdi

09:16 - 8 Yanvar 2024 - GÜNDƏM

 Yaponiyada zəlzələdə ölənlərin sayı 160-ı keçdi

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

Qeyd edilib ki, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Səlahiyyətli qurumlar 195 nəfərin hələ də itkin hesab olunduğunu bildirir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol