Bəzi liseylərdə ibtidai siniflərə şagird qəbulu dayandırıldı

17:46 - 8 Yanvar 2024 - GÜNDƏM

 Bəzi liseylərdə ibtidai siniflərə şagird qəbulu dayandırıldı

Ölkənin bir sıra liseylərində mövcud qaydalar gözlənilməklə ibtidai siniflərə şagird qəbulu dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Bildirilib ki, bununla həmin müəssisələrin V siniflərinə şagird qəbulunun müsahibə yolu ilə aparılmasına, istedadı ilə fərqlənən şagirdlərin seçilməsinə şərait yaradılıb.

"Ümumi təhsil müəssisələri ilə bağlı rasionallaşdırma tədbirləri (məktəblərin açılması, bağlanılması, tipinin dəyişdirilməsi) zərurət yarandığı hallarda həyata keçirilir ", - deyə əlavə edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol