Xandanyan: Bakının bu istəyi qəbuledilməzdir!

10:46 - 9 Yanvar 2024 - GÜNDƏM

 Xandanyan: Bakının bu istəyi qəbuledilməzdir!

İrəvan Bakı ilə sadələşdirilmiş gömrük və sərhəd rejimini müzakirə etməyə hazırdır, lakin maneəsiz hərəkəti yox. Bunlar Ermənistanın qırmızı xətləridir.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.

O bildirib ki, kommunikasiyaların açılması prosesi aydın prinsiplər - yurisdiksiya, suverenlik və qarşılıqlılıq əsasında həyata keçirilməlidir:

“Hər iki ölkənin sərhədlərində gömrük və mallara, eləcə də vətəndaşlara nəzarət üçün bütün digər mexanizmlərin fəaliyyət göstərməsi çox vacibdir. Təbii ki, dünyada gömrük və sərhəd keçidinin müxtəlif üsulları məlumdur, onlar da sadələşdirilmişdir, bəzi müasir texnologiyalardan da istifadə olunur ki, bunlar da müzakirə və danışıqlar mövzusudur. Lakin onların formalaşdırmağa çalışdıqları maneəsiz keçid Ermənistan üçün qəbuledilməzdir, çünki o, müəyyən eksterritoriallığı nəzərdə tutur, bu da suverenliyimizin pozulmasıdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol