Yaponiyanın Honsyu adasındakı Noto yarımadasının ərazisi yanvarın 1-də baş verən zəlzələ nəticəsində 4,4 kv.km artıb.
BUTA.TV xəbər verir ki, bu barədə Tokio Universitetinin Coğrafiya Cəmiyyəti və Seysmologiya İnstitutunun mütəxəssiləri məlumat verib.
Bildirilib ki, dəniz dibinin qalxması ilə bu ərazinin sahil xətti bəzi yerlərdə şimala doğru 250 m-ə qədər uzanıb.
Mütəxəssislər həmin ərazidə ölçmələr aparıb, eləcə də kosmosdan çəkilən görüntüləri analiz ediblər.
Yerli sakinlərin sözlərinə görə, yer qabığının qalxması demək olar ki, dərhal və zəlzələ ilə eyni vaxtda baş verib.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər