Bu 10 şəxs prezident seçkisindən kənarlaşdı – Siyahı

14:06 - 9 Yanvar 2024 - GÜNDƏM

 Bu 10 şəxs prezident seçkisindən kənarlaşdı – Siyahı

Xəbər verdiyimiz kimi, qanunvericiliyə uyğun olaraq təyin edilən son müddət - yanvarın 8-i saat 18:00-dək imza vərəqələri və qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyən 10 şəxsin namizədliyi qeydə alınmayacaq.

BUTA.TV prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyən şəxslərin adlarını təqdim edir:

1. Sərvan Kərimov,

2. Mətləb Mütəllimli,

Bu xəbər hal-hazırda çox oxunur
Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

3. Abutalıb Səmədov,

4. Fikrət Yusifov,

5. Yusif Bağırzadə,

6. Arzuman Abdulkərimov,

7. Namizəd Səfərov,

8. Əvəz Temirxan,

9. Yunus Oğuz,

10. Fuad Əliyev.

Qeyd edək ki, indiyə qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb. Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Qulamhüseyn Əlibəylinin namizədliyinin qeydə alınması üçün müraciətlərinə baxılacaq.

Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol