Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri olmuş milyarder və xeyriyyəçi Bidzina İvanişvili 2024-cü ilin sonunda Gürcüstanın prezidenti ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
“Bidzina İvanişvili üçün hadisələrin bu cür inkişafı o deməkdir ki, o, növbəti beş il ərzində ciddi siyasi toxunulmazlıq əldə edəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, 2024-cü ilin sonunda prezident Gürcüstan parlamentinin deputatları və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət seçki kollegiyası tərəfindən seçiləcək:
“Hazırda Gürcüstanda siyasi qüvvələr ümumxalq prezident seçkisinin saxlanılması imkanlarını müzakirə edirlər”.
Hakim partiyanın nizamnaməsində edilən dəyişikliyə də diqqət çəkilir:
“Bundan sonra baş nazirliyə namizədi partiyanın fəxri sədri irəli sürəcək. İvanişvili hazırkı Baş nazir İrakli Qaribaşvilini Tiflisin meri Kaxa Kaladze ilə əvəz edə bilər. Bu da 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkisinə qədər faydalı olacaq”.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər