Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,80 indeksi ilə) olub. Ötən aya nisbətən sığorta şirkətindən edilən şikayətlərin həcmi 6%-dən çox artıb. Belə ki, “Xalq Sığorta” üzrə şikayət indeksi ötən ay 3,58 təşkil edib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dekabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib.
Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər siyahısında - “Bakı Sığorta” 1.65 indeksi ilə ikinci ( əvvəlki ayla müqayisədə 0,20 bənd azalma), " Azərsığorta" isə 1.59 indeksi ilə (0,42 bənd artım) siyahıda üçüncü olub.
Qeyd edək ki, avto-icbari sığorta icazəsi ləğv edilən AZSIĞORTA, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta", lisenziyası ləğv olunmuş "Günay Sığorta" və "Naxçıvan Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb.
Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər