İmişlidə qanunsuz olaraq ağac kəsən şəxs məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz olaraq ağac kəsərək yük avtomobili ilə daşıyan şəxs saxlanılıb. Araşdırmalarla onun Saatlı rayon sakini R.Rəcəbov olduğu müəyyən edilib.
Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı qanunsuz olaraq kəsilmiş ağaclar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Təbiətə ziyan vuran R.Rəcəbov barəsində İXM-nin 252-ci maddəsinə əsasən protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər