“Neftçi” Almaniya klubu ilə qarşılaşacaq

19:20 - 10 Yanvar 2024 - GÜNDƏM

 “Neftçi” Almaniya klubu ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi müəyyənləşib.

Klubdan BUTA.TV-a verilən məlumata görə, “ağ-qaralar” ikinci yoxlama oyununda Almaniyanın III Liqa təmsilçisi “Sportverein Valdhof” komandası ilə qarşılaşacaq.

Yanvarın 13-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol