Bu tarixdə qonşumuzda parlament seçkiləri olacaq

22:22 - 10 Yanvar 2024 - GÜNDƏM

 Bu tarixdə qonşumuzda parlament seçkiləri olacaq

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

MSK seçkilərdə iştirak etmək üçün siyasi partiyalara lazımi prosedurlara başlamağı tövsiyə edib.

Bildirilib ki, 2020-ci ildə parlament seçkilərində parlamentdə mandat qazanmış siyasi partiyalar MSK-ya ərizə ilə müraciət etməlidirlər.

Digər partiyalar isə iyulun 15-dək imza vərəqələri almalı və topladıqları 25 min imzanı avqustun 1-dək MSK-ya təqdim etməlidirlər.

Qeyd edək ki, builki seçkilər yalnız proporsional sistem üzrə keçiriləcək. Seçkilərdə iştirak edən siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi keçməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol