ABŞ iğtişaşların hökm sürdüyü Ekvadora qoşun göndərməyi düşünmür.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Bununla bağlı heç bir plan yoxdur, lakin təbii ki, biz Ekvador hökuməti ilə onların nəyə ehtiyacı ola biləcəyi, ola bilsin ki, istintaqda hansısa yardım haqqında danışmağa hazırıq", - Kirbi vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə Ekvadorun ən məşhur “Los Çoneros” cinayətkar qruplaşmasının “Fito” ləqəbli rəhbəri Adolfo M.V həbsdən qaçmışdı. Ekvador Prezidenti Daniel Noboa mafiya liderinin həbsdən qaçması ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırmış, ölkədə 60 günlük fövqəladə vəziyyət elan etmişdi.
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü