Biz bunu köklü şəkildə həll etməliyik - Prezident

02:02 - 11 Yanvar 2024 - GÜNDƏM

 Biz bunu köklü şəkildə həll etməliyik - Prezident

Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada əlverişli görünə biləcək hansısa nailiyyət dalınca qaçmaq lazım deyil.

BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

“Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsin. Bax, əsas məsələ bu idi”, - dövlət başçısı qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol