Futbol üzrə Türkiyə Kubokunun formatı dəyişdirilib.
BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyasının mətbuat xidmət yayıb.
Yeni format 2024/2025 mövsümündən tətbiq olunacaq.
Bildirilib ki, təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq. Qrup mərhələsində 24 klub mübarizə aparacaq. Onlar hərəsində 6 komanda olmaqla 4 qrupda yer alacaqlar. İlk iki yeri tutanlar 1/4 finala yüksələcəklər.
Növbəti mövsüm ölkəni avrokuboklarda təmsil edəcək 5 kollektiv birbaşa qrupda yer alacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra iştirak hüququ əldə edəcəklər.
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir
- Bakı-İrəvan münasibətlərində ən etibarlı qarant... - Paşinyan
- Qarabağ ermənilərinə demişəm ki, onların qayıdışı... - Paşinyan
- İlham Əliyev Keniya prezidentini təbrik etdi