Bayram günü koronadan minlərlə adam ölüb - ÜST

18:06 - 11 Yanvar 2024 - GÜNDƏM

 Bayram günü koronadan minlərlə adam ölüb - ÜST

Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, dekabrda təxminən 50 ölkədə - əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb.

O, həmçinin yoluxma nisbətinin digər ölkələrdə də artdığı, lakin onların müvafiq məlumatı təşkilatla paylaşmadıqları barədə gümanını da dilə gətirib.

Bu xəbər hal-hazırda çox oxunur
İki gömrük işçisi ölkədən qaçdı - Şok

Qebreyesus bütün dünya hökumətlərini vəziyyəti yaxından izləməyə və peyvəndlərə, tibbi xidmətə fasiləsiz çıxışı təmin etməyə çağırıb.

ÜST rəhbəri, mövcud peyvəndlərin “JN.1” virus variantından müəyyən qədər qoruma təmin etdiyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol