Cakartada "Böyük dəniz divarı" inşa edilir

19:34 - 11 Yanvar 2024 - GÜNDƏM

 Cakartada

İndoneziyanın paytaxtı Cakarta ətrafında “Böyük dəniz divarı” ucaldılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.

Bildirilib ki, bu divar sayəsində hakimiyyət orqanları Cakartanı subasmadan xilas etməyə ümid edirlər.

Ölkənin İqtisadiyyat Nazirliyinin səddin inşasının üç mərhələdə 2040-cı ilə qədər davam edəcəyini açıqlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
İki gömrük işçisi ölkədən qaçdı - Şok

Lakin Müdafiə Nazirliyi tikintinin azı 40 il uzanacağını bildirir.

İlk iki mərhələyə təqribən 10,5 milyard dollar vəsait xərclənəcək.

Qeyd edək ki, Cakarta dünyada ən sürətlə batmaqda olan şəhər kimi tanınıb. Dəniz səviyyəsinin hər il yüksəlməsi səbəbindən şəhər su altında qalmaqdadır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol