ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini və münasibətlərin normallaşdırılmasını dəstəkləməkdə davam edir və bu istiqamətdə istənilən şəkildə köməkdən məmnundur.
BUTA.TV-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen onlayn brifinq zamanı deyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, tərəflər aralarında qalan məsələlərin həlli üçün ikitərəfli əsasda müzakirələr davam edir.
“Biz çox həvəslənirik ki, onlar (Azərbaycan və Ermənistan-red) ikitərəfli səviyyədə fəal gündəliyə sahib olmaqda və qalan məsələlərin həllinə davam edirlər. Hələ görüləsi işlər var və kömək edə biləcəyimiz dərəcədə dəstək verməkdən məmnunuq", - C. Obrayen bildirib.
Dövlət katibi köməkçisinin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanla yaxşı əlaqələrə malikdir və onlar arasında sülhün regionda inkişaf üçün yaxşı imkanlar yaradacağına inanır.
- Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya
- Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay
- Həbs edilən icra başçıları şərik çıxdı
- AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?
- Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi
- İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya
- Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan
- Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu