Gəncədə 44 günlük Vətən müharibəsinin qazisi naməlum səbəbdən ölüb.
BUTA.TV-ın Unikal-a istinadən məlumatına görə, şəhər sakini 2001-ci il təvəllüdlü Vəliyev Əli Mehman oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsi zamanı Əli Vəliyevin dünyasının dəyişdiyi məlum olub. Qazinin hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Xatırladaq ki , Əli Vəliyev 44 günlük Vətən müharibəsinin qazisi, III qrup əlilldir.
Əli Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”,“Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir
- Bakı-İrəvan münasibətlərində ən etibarlı qarant... - Paşinyan
- Qarabağ ermənilərinə demişəm ki, onların qayıdışı... - Paşinyan
- İlham Əliyev Keniya prezidentini təbrik etdi