"Qarabağ"dan böyükhesablı qələbə...

22:26 - 11 Yanvar 2024 - GÜNDƏM

Təlim-məşq toplanışını Bakıda davam etdirən "Qarabağ” klubu ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb.

BUTA.TV xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu gün “Qarabağ-2” ilə üz-üzə gəliblər.

Görüş Premyer Liqanın liderinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo, Abdullah Zubir, həmçinin hərəyə iki dəfə Nəriman Axundzadə və Hamidu Keyta fərqləniblər. Əvəzedicilər Liqası təmsilçisinin qollarına isə Musa Musazadə və Nurlan Şabanov imza atıblar.

Bu xəbər hal-hazırda çox oxunur
İki gömrük işçisi ölkədən qaçdı - Şok

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama oyununda münasibətləri aydınlaşdıracaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol