ABŞ bazası 4 raketlə vuruldu

00:04 - 12 Yanvar 2024 - GÜNDƏM

 ABŞ bazası 4 raketlə vuruldu

Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub.

BUTA.TV xəbər verir ki, bu barədə mənbə RİA Novosti-yə bildirib.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə mütəmadi olaraq hücumlar edilir və məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.

Bu xəbər hal-hazırda çox oxunur
İki gömrük işçisi ölkədən qaçdı - Şok

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol