Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün “Tofaş” markalı, 90 NY 387 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Bu barədə BUTA.TV-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Mahir Tahir oğlu Qasımov saxlanılıb.
Sənədləri yoxlanılan zaman M.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Qasımovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
- Zelenskini ali ordendən məhrum etdi - Bunu səbəb göstərdi
- Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
- Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi
- Polis Bakıda vətəndaşın həyatını belə xilas etdi - Video
- Bu marşrutda kondisionerlər nə vaxt tam işə düşəcək?
- Anar İsrafilov da TƏBİB-dən getdi
- Dənizdə neft qalıqları aşkarlandı: FHN hərəkətə keçdi - Video
- Sıfır bal ən çox hansı fənlərdən toplanıb?