Azərbaycanda ilk dəfə bu təyyarələrin istehsalına başlanıldı

10:42 - 12 Yanvar 2024 - GÜNDƏM

 Azərbaycanda ilk dəfə bu təyyarələrin istehsalına başlanıldı

Azərbaycanda aviasiya mühərrikləri və kiçik mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, “Global Force Technology” şirkətinin nümayəndələri şirkətin Azərbaycan Respublikası ərazisində aviasiya mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalının yaradılması üzrə layihə hazırladığını açıqlayıb.

Layihənin məqsədi dünyanın ən aparıcı istehsalçıları ilə birgə sənayenin ən son texnologiyalarından istifadə etməklə təyyarə mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalıdır.

“Global Force Technology” şirkəti iki il ərzində bu layihənin hazırlanması üçün səy göstərib və bu müddət ərzində beynəlxalq tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Aparılan bazar tədqiqatları əsasında bu istehsal regionda ilk olacaq və onun həyata keçirilməsi dünya bazarına çıxmağa imkan verəcək. Bu da yüksək texnologiyalı aviasiya məhsullarının istehsalçısı kimi Azərbaycanın imicini artıracaq.

Hazırda layihənin icrası üçün icazə və sertifikatlar almaqla bağlı müvafiq dövlət orqanlarına lazımi sənədlər qeydiyyat olunur.

Qeyd edək ki, “Global Force Technology” şirkəti 2020-ci ildə Azərbaycanda qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyəti aviasiya texnikasına xidmət göstərmək həmçinin komponentlərin və ehtiyat hissələrinin təchizatıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol