Qarabağda “etnik təmizləmə” mifdir - Zaxarova

14:30 - 12 Yanvar 2024 - GÜNDƏM

 Qarabağda “etnik təmizləmə” mifdir - Zaxarova

Ermənistanın Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları dağıdıcıdır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu bəyanatları görürük. Onları dağıdıcı, ən əsası isə həqiqətə uyğun olmayan hesab edirik. Onların davam etməsi qəribədir. Bu cür bəyanatlar özünü məsuliyyətdən azad etmək üçün faktlarla manipulyasiya etmək cəhdləridir”, - o bildirib.

Zaxarova Qarabağda “etnik təmizləmə” ilə bağlı erməni mifinə də reaksiya verib:

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

“İrəvanda nüfuzlu sayılan hansısa beynəlxalq təşkilatdan buna dair heç olmasa bir sənədi varsa, mən faktı görmək istərdim. Əgər bu cür “etnik təmizləmə”nin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, bu sənədin linklərini bizə təqdim edin”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol