İrəvanın faşist yürüşünə reaksiya verməməsi... - Zaxarova

15:34 - 12 Yanvar 2024 - GÜNDƏM

 İrəvanın faşist yürüşünə reaksiya verməməsi... - Zaxarova

Yanvarın 1-də İrəvanın mərkəzində faşist gənclərdən ibarət dəstələrin yürüşünü dərin narahatlıqla qarşıladıq.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Təəccübləndik ki, Ermənistan hüquq-mühafizə orqanları media nümayəndələrinin iştirakı ilə kamera qarşısında aksiya iştirakçılarının nasist salamı ilə əllərini qaldırmasına heç bir şəkildə mane olmadı. Təəssüf ki, İrəvan hakimiyyəti və hüquq-müdafiə strukturları tərəfindən heç bir lazımi cavab yoxdur. Nasizmin istənilən təzahürünü boğmaq, tarixin saxtalaşdırılmasına qarşı yorulmadan mübarizə aparmaq lazımdır”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol