Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı jurnalist və ictimai fəal Nəsim Sultanbeygiyə qarşı təzyiqlər artıb.
BUTA.TV xəbər verir ki, bu barədə onun anası İran Sultanbeygi məlumat yayıb.
O, bildirib ki, məhbus jurnalistlə görüş və telefon əlaqəsinə qadağa qoyulub, həbsxana rəsmiləri onun durumu ilə bağlı açıqlama verməkdən imtina edirlər.
Qeyd edək ki, Nəsim Sultanbeygi “hökumət əleyhinə təbliğat”, “toplaşmaq və əlbir olmaq” ittihamlarına görə 3 il 6 ay həbs cəzasına məhkum edilib.
Sultanbeygi 22 dekabr 2022-ci ildə ölkədən çıxmaq istədiyi vaxt Tehran hava limanında saxlanılıb.
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...
- Polis gücləndirilmiş iş rejiminə keçdi - Video
- ABŞ Konqresinə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
- Sabah 8 minə yaxın abonentin qazı kəsiləcək