Rusiya hərbi hədəflərə ciddi ziyan vurub - Kiviselq

20:08 - 12 Yanvar 2024 - GÜNDƏM

 Rusiya hərbi hədəflərə ciddi ziyan vurub - Kiviselq

Son həftələr Rusiya Ukraynaya zərbələr endirmək üçün uzunmənzilli bombardmançı təyyarələrdən və “Kalibr” raketlərindən fəal şəkildə istifadə edir ki, bu da hərbi hədəflərə ciddi ziyan vurur.

BUTA.TV xəbər verir ki, bunu Estoniya hərbi kəşfiyyatının rəhbəri Ants Kiviselq deyib.

“Ölkə boyu enerji, liman və dəmir yolu infrastrukturu obyektləri, hərbi aerodromlar, silah və sursat anbarları, hərbi təlim müəssisələri və silah istehsalı və təmiri ilə məşğul olan müdafiə sənayesi müəssisələri vurulub”, - Kiviselq qeyd edib.

O hesab edir ki, Rusiya taktikası Ukraynanın hava hücumundan müdafiə sistemlərini tükəndirməyə yönəlib.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol