Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Ekonomist” jurnalına ünvanladığı məktub dərc edilib.
Bu barədə BUTA.TV-a Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib.
Məktubda yanvarın 1-də “Ekonomist” jurnalının nəzdində fəaliyyət göstərən “1843” onlayn nəşrində dərc olunmuşVWendell Stavensonun müəllif məqaləsinə etiraz edilib.
Bildirilib ki, erməni separatçılarının Azərbaycan tərəfindən göndərilmiş yükləri və yardımları qəbul etməkdən və Azərbaycanın suverenliyini tanımaqdan imtina etməsini müəllif məqaləsində düzgün qeyd edib. Halbuki beynəlxalq hüquq bu əraziləri Azərbaycan torpağı kimi tanıyır və buna riayət etməyi tələb edir.
Qeyd olunub ki, ötən əsrin 90-cı illərində yüzminlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini müəllifin özünün də etiraf etməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını o, aydın şəkildə izah etməli idi. Diqqətə çatdırılıb ki, erməni separatizmi Sovet İttifaqının son illərində qurulmuş bir layihə idi və bu kimi separatçı rejimlər Avrasiyanın digər yerlərində də təkrarlanıb.
Məktubda Ukrayna müharibəsi ilə bağlı davamlı məqalələrlə çıxış edən və etnik separatizmin nəticələrindən yaxşı məlumatı olan müəllifin bu məsələdə Azərbaycanla bağlı fərqli mövqe nümayiş etdirməsinin təəccüb doğurduğu qeyd olunub. Azərbaycan və Ermənistanın münaqişəni arxada qoyub davamlı sülh naminə tarixi addımlar atdığı bir zamanda keçmiş münaqişəyə həsr edilmiş məqalənin yazılmasının təəssüf doğurduğu və pozucu xarakter daşıdığı vurğulanıb.
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...
- Polis gücləndirilmiş iş rejiminə keçdi - Video
- ABŞ Konqresinə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
- Sabah 8 minə yaxın abonentin qazı kəsiləcək