Bayramov bolqar həmkarı ilə danışdı

22:24 - 12 Yanvar 2024 - GÜNDƏM

 Bayramov bolqar həmkarı ilə danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.

Ötən il həyata keçirilmiş yüksək səviyyəli səfərlərin, dekabr ayında Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərə müsbət töhfə verdiyi vurğulanıb. Energetika sahəsində səmərəli əməkdaşlığın, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olunub.

Daha sonra qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər hal-hazırda çox oxunur
ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol