İşğaldan azad olunmuş ərazilər hələ də tam olaraq minalardan təmizlənməyib. Aidiyyəti qurumlar gecə-gündüz bu əraziləri minalaradan təmizləmək üçün çalışır. Buna görə də burada çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Hər bir halda əgər seçki keçirilirsə, demək ki, ora müşahidəçilər və jurnalistlər də gedə biləcəklər.
Bu sözləri BUTA.TV-a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib.
Ş.Əsədli bildirib ki, Azərbaycanda 6319 seçki məntəqəsindən 26-sı işğaldan azad olunan ərazilərimizdədir:
“İşğaldan azad olunmuş ərazilərə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bu ərazilərdə hər kəs səs verə bilər və heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün səsvermə hüququ olan şəxs qeydiyyatda olduğu (14 yanvardan 4 fevraladək) Məntəqə Seçki Komissiyasına (MnSK) müraciət edərək qeydiyyatdançıxma vəsiqəsi almalıdır. Və bu vəsiqə ilə həmin şəxs nəinki Bakı, Şəki, Gəncə, Şuşa, Ağdam, Xankəndidə, 37 xarici ölkədəki 49 məntəqəmizdə də səs verə bilər”, - Ş.Əsədli vurğulayıb.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi