Cənub bölgəsinin rayonları işıqsız qalıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Lənkəran, Astara və Masallı rayonlarının 80 faizindən çoxunda, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır.
Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb.
Əsas yollar texnikaların vasitəsilə qardan təmizlənsə də, digər küçələrdə aşan ağac və dirəklər yollarda hərəkəti dayandırıb.
- Pezeşkian Azərbaycanla bağlı bu tapşırığı verib...
- İranın Afrikadakı casus şəbəkəsi - Çad ifşa etdi
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü