Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Evin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi
- “Port Baku”da yanğın olub - Video-Yenilənib
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?