Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb.
BUTA.TV xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 6 üzvü mübarizəyə qoşulub.
Ülvü Qənizadə (72 kiloqram) həlledici görüşdə macarıstanlı Levente Levaya (7:0) qalib gələrək qızıl medalın sahibi olub.
Nihat Məmmədli (60 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) isə məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.
Bununla da Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi
- “Port Baku”da yanğın olub - Video-Yenilənib
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?