Rusiya ilə sülhü bu ölkə təmin edə bilər - İsveçrə

08:32 - 15 Yanvar 2024 - GÜNDƏM

 Rusiya ilə sülhü bu ölkə təmin edə bilər - İsveçrə

Çin Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq səylərində iştirak etməlidir.

BUTA.TV xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnatsio Kassis deyib.

"Çin mühüm rol oynayır. Biz bu məsələdə Çinlə əməkdaşlıq yollarını tapmalıyıq. Ukrayna xalqı üçün təcili olaraq sülh lazımdır. Biz bu müharibəni bitirmək üçün hər şey etməliyik", - o bildirib.

Kassis qeyd edib ki, Rusiya ilə dialoq aparan Braziliya, Hindistan və Cənubi Afrika Respublikası kimi ölkələr Davosda müzakirələrdə iştirak edir:

"BRİKS alyansının iştirakı ona görə çox vacibdir ki, bu ölkələrin Rusiya ilə əlaqələri var".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol