Şərqi Azərbaycanda güclü qar: 300 kəndin yolu bağlandı

11:30 - 15 Yanvar 2024 - GÜNDƏM

 Şərqi Azərbaycanda güclü qar: 300 kəndin yolu bağlandı

Güclü qar və çovğun nəticəsində Şərqi Azərbaycan əyalətinin 300 kəndinin yolu bağlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə əyalətin Yollar və Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb.

Bildirilib ki, əyalətin Çaroymaq mahalında olan kəndlərin hamısının ətrafla əlaqəsi kəsilib.

Bununla yanaşı, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində də bir neçə şəhərin, eləcə də yüzlərlə kəndin yolu bağlanıb.

Son məlumata görə, Vərziğanda qarın hündürlüyü 65, Xiyavda 53, Nəmində 50, Əhərdə 42 santimetrə çatıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol