Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi İrəvanla Bakı arasında birbaşa təmasları istisna etmir.
BUTA.TV xəbər verir ki, o, jurnalistlərə açıqlamasında vasitəçilərin öz maraqlarını təmin etməyə və təsir imkanları yaratmağa çalışdıqlarını deyib:
“Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir”.
A.Simonyan bildirib ki, tərəflərin birbaşa təmaslarla bağlı təcrübəsi var:
“Məsələn, Azərbaycandakı 32 erməni birbaşa təmaslar nəticəsində qaytarıldı. Amma təbii ki, beynəlxalq ictimaiyyət də nəzərə alınmalıdır”.
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?
- Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar
- Baş nazirdən əhalinin siyahıyaalınması ilə bağlı qərar
- Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi