Zalujni təsdiqlədi: Rus təyyarələri vurulub

16:38 - 15 Yanvar 2024 - GÜNDƏM

 Zalujni təsdiqlədi: Rus təyyarələri vurulub

Xəbər verdiyimiz kimi, Ukrayna gecə saatlarında Azov dənizi üzərində Rusiyanın iki hərbi təyyarəsini vurub.

BUTA.TV xəbər verir ki, bu faktı Ukrayna ordusunun baş komandanı Valeri Zalujni təsdiqləyib.

Zalujni rəsmi Teleqram kanalından bununla bağlı açıqlama yayıb:

“Ukrayna Hərbi Hava Qüvvələrinin əsgərləri düşmənin A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsini və İl-22 hava idarəetmə məntəqəsini məhv edib. Azov bölgəsində mükəmməl planlaşdırılmış və həyata keçirilən əməliyyata görə Hərbi Hava Qüvvələrinə təşəkkür edirik!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol