Ermənistan ordusunda qeyri-xidməti münasibətlər, əsgər-zabit konfliktləri hər zaman olub. Hələ işğal dövründə Qarabağda qurduğu postlarda erməni əsgərlərə qarşı zorakılıq, təcavüz və güllələnmə hadisələri mütəmadi baş verirdi.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Telman Qasımov Ermənistan ordusunda son günlər əsgərlərin zabitləri güllələməsi, o cümlədən əsgər ölümlərinin artması ilə bağlı deyib.
Onun sözlərinə görə, bu günə qədər Ermənistanda əsgər ölümləri ilə bağlı yüzlərlə açılmamış cinayət işi var:
“Səbəbi ordu rəhbərliyinin korrupsiyalaşmasıdır. Rusiyada təhsil almış erməni zabitlər sovet dövrünün psixologiyası ilə yaşayır və ordunu o cür idarə edirlər. Korrupsiya, özbaşınalıq, yanacağın, əsgər yeməyinin satılması adi hal alıb. Digər tərəfdən, orduda nə qədər islahatlar fonu yaratsalar da, istər hərbi hazırlıq, istərsə də ordu daxilindəki özbaşınalıq və korrupsiya ilə mübarizə baxımından dəyişən heç nə yoxdur”.
Hərbi ekspertin sözlərinə görə, Paşinyanın mübarizə tədbiri kimi ümid bəslədiyi kadr dəyişikliyi də effektiv görünmür:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Çünki peşəkar, yüksək təhsilli kadrlar yoxdur. Ermənistan ordusunun zabitlərinin böyük əksəri Rusiyada təhsil alan kadrlardan ibarətdir”.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi