8-19 yanvar tarixləri arasında oyunçular öz yaş kateqoriyalarına uyğun olaraq qeydiyyatdan keçib məşqlərdə iştirak etdilər. Seçimlər 7-19 yaş aralığında olan futbolçular arasında keçirildi.
Bunu BUTA.TV-a açıqlamasında “Neftçi” PFK Futbol Akamdemiyasının direktoru Camal Bülbül deyib.
“Bu müddət ərzində oyunçuları daha yaxşı analiz edə bilməyimiz üçün onlara daha çox zaman ayırmağa çalışdıq. Öncə kiçik qruplarda məşqlər keçildi, sonra isə daha böyük qruplarda öz aralarında oyunlar oynadılar. Bu məşqlərdə öz yaşlarına aid akademiya məşqçiləri və köməkçiləri, qapıçı üzrə məşqçilər, eləcə də akademiyanın koordinatoru Elşad Əhmədov və mən də yaxından iştirak etdik. Seçimlərdən sonra məşqçilər heyəti iclas keçirərək bəyənilən oyunçuların siyahısını müəyyənləşdirdi. Seçimlərdə ümumi olaraq 997 oyunçu iştirak etdi. “Neftçi”də çalışdığım müddətdə seçimlərdə bu sayda oyunçunun iştirak etdiyinin ilk dəfə şahidi olurdum. Seçimlərə qatılan 997 oyunçudan 73-ü bəyənildi. Müəyyən vaxtdan sonra həmin futbolçular komandaya uyğun olarsa, “Neftçi” akademiyasına lisenziya əldə edib, oyunçumuz adını qazana biləcəklər”, - Bülbül bildirib.
Direktor akademiya olaraq bütün yaş qruplarına üstünlük verdiklərini vurğulayıb:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
“Aşağı və yuxarı yaş qruplarında tələb etdiyimiz kriteriyalar müxtəlifdir. Aşağı yaş qruplarında çıxış edən oyunçularda təməl texniki bacarıqları və futbol zəkası bizim üçün üstünlük təşkil edir. Yuxarı yaş qruplarında isə daha çox taktiki özəllikləri, fiziki parametrləri və idman biliyinə diqqət yetiririk”.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi