İran milli təhlükəsizliyini qorumaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün cinayətkarları cəzalandırmaqdan çəkinməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“İran özünümüdafiə hüququndan istifadə etməklə yanaşı, həm də terrorla mübarizə aparır. Bu əməliyyat tədbiri suverenlik və təhlükəsizliyin müdafiəsi istiqamətində atılan bir addımdır”, - Kənani bildirib.
Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?
- Baş nazirdən əhalinin siyahıyaalınması ilə bağlı qərar
- Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi
- Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...
- Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət
- İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq
- 150 balla qəbul mümkün olan ixtisaslar - Rəsmi