Qızdırmalı halda çox xəstələr "isti hamama girsəm, bədənim açılar" fikri ilə duş alır. Xəstə insana isti buxarlı hamamda çimmək faydalıdırmı?
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, immunoloq Vladimir Bolibok xəstə insanın isti hamamda çimməsini qadağan edib.
"İsti hamam qan dövranına zərbə vurur və xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xüsusən kişilərin araq içib, tərləmək və tez sağalmaq üçün saunaya girməsi ürək infarktı ilə nəticələnə bilər.
İnsanın qızdırması varsa, heç bir halda hamama, saunaya getməməli, isti vanna qəbul etməməlidir. Bu zaman bədən daha çox yüklənir. Həddindən artıq isinməyə başlayarsa, vəziyyəti daha da pisləşəcək
Qızdırması olan bədənə dinclik vermək və yataq rejimi lazımdır", - Bolibok vurğulayıb.
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video