Erməni diasporunun Fransadakı “Nor Serund” təşkilatı Rəşidə Datinin Fransanın mədəniyyət naziri təyin edilməsinə etiraz olaraq Parisdə mitinq keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənilər Rəşidə Datini “Azərbaycanın təbliğatçısı” adlandırıblar:
“Ermənistana həsr olunmuş bu mədəniyyət ilində, xüsusən Şarl Aznavurun anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan təbliğatının baş dirijorunun Fransanın mədəniyyət naziri təyin edilməsi sağlam düşüncəyə ziddir.
Yanvarın 11-də Rəşidə Datinin mədəniyyət naziri təyin olunmasını təəccüb və qəzəblə öyrəndik. Bu, iki fransalı diplomatın bir aydan da az əvvəl Azərbaycanda fəaliyyəti dayandırılaraq persona non-qrata elan edilməsindən sonra verilən biabırçı qərardır”, - deyə ermənilər bildirib.
Bəyanatda həmçinin daha absurd iddialar da səsləndirilib. Qeyd edilib ki, İlham Əliyev öz adamını Fransa hökumətinə yerləşdirməyi bacarıb.
Qeyd edək ki, Rəşidə Dati 2015-ci ildə Azərbaycanı “dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünyaya nümunə ola biləcək ölkə” adlandırıb. Ermənilər bundan qəzəblidirlər.
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video