“Global Firepower” bu gün – 28 yanvar 2024-cü il üçün dünya ordularının reytinqini yeniləyib.
BUTA.TV xəbər verir ki, reytinqin hazırlanmasında mütəxəssislər təchizat və silahlanma da daxil olmaqla, 60-dan çox amili əsas götürüblər. Yeni reytinqdə Britaniya bundan əvvəlki siyahılarda qoruduğu ilk beşlikdəki mövqeyini itirib və yerini Cənubi Koreyaya verib. Beləliklə, ilk beşlikdə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya qərarlaşıb.
Sonrakı yerlərdə Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya göstərilib.
Burada da Türkiyə ordusu mövqelərini gücləndirib və Pakistandan qabağa keçib.
Azərbaycan Ordusu Qazaxıstan və Suriya ordularının arasında mövqe tutub - 59-cu yerdə.
Qonşularımızdan İran 14-cü, Gürcüstan 84-cü, Ermənistan isə 102-ci yerdədir.
Digər türk ölkələri – Qazaxıstan 58-ci, Özbəkistan 65-ci, Türkmənistan 83-cü, Qırğızıstan isə 100-cü yeri tutub.
Qeyd edək ki, Qırğızıstan iki pillə irəliləyərək, Ermənistanı (102) və Zimbabveni (101) qabaqlayıb.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video