Ukraynalı hərbi əsirlərin İl-76-da həlak olması Ukrayna Prezidenti Vladimir Zelenski üçün siyasi final ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarov deyib. "Düşünürəm ki, Zelenskinin açıq şəkildə söylədiyi yalanlar aydınlaşarsa, bu, onun sonunun başlanğıcı ola bilər. Yalan odur ki, onlar kimin və haradan atəş açdığını çox gözəl bilirlər", - o bildirib.
O, həmçinin vurğulayıb ki, Ukraynada hər kəs Zelenskinin prezidentliyinin başa çatmaq üzrə olduğunu və dövlət başçısı seçkilərinin gec-tez baş tutacağını anlayır.
Ekspert əlavə edib ki, Zelenski ölən hərbi əsirlərin yaxınlarına onların hələ də sağ olduqlarını söyləyərək yalan danışmağa davam edir.
Qeyd edək ki, 24 yanvarda Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı