Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, 2 nəfər şəhər sakini özlərinə məxsus VAZ markalı avtomobil ilə şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər.
Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Bundan başqa Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində “Opel” və VAZ markalı avtomobillərin sürücülərinin toy karvanına qoşularaq yollarda intizamsızlıq etmələri, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmələri, digər hərəkət iştirakçılarına təhlükə yaratmaları məlum olub. Həmin sürücülər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video