Nədənsə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə elə gəlib ki, Böyük Qayıdışla bağlı xalq artisti Röya Ayxanın fikirlərinə yer vermək lazımdır.
BUTA.TV xəbər verir ki, bu məqsədlə Röya Ayxanın “çağırışı” əks olunan çarx hazırlayıb. Röya xanım da deyib ki: “Qarabağımıza Böyük Qayıdış başlayıb. Bu prosesi tək mən yox, bütün azərbaycanlılar izləyir. Biz evimizə qayıdırıq. Sevərək evlərinizə dönün” və s.
Onillərlə qayıdış həsrətilə yaşayanların torpaqlarımız işğaldan azad olunduqdan sonra yurdlarına köçmək istəyinə Röya Ayxanın niyə və hansı məntiqlə “təkan” vermək istəyi, bunu öz sözləri ilə “stimullaşdırması” başadüşülən deyil.
Əvvəla, heç olmasa, “bu prosesi tək mən yox...” əvəzinə “mən də izləyirəm”, “sevə-sevə seyr edirəm” kimi ifadələrdən istifadə etmək bu lazımsız çarxa bir azacıq məntiq qata bilərdi.
İkincisi, “Sevərək evinizə dönün” çağırışı nə deməkdir? Kim sevərək dönmür ki? Yaxud Qayıdışı stimullaşdırmaq istəyirlərsə, niyə füsunkar təbiət, quruculuq işlərinin miqyası, arxiv materiallarından istifadə ilə yurd yerlərimizi tərk etməyin dəhşətli ağrısını xatırlatmaq və yaxud tanınmışların qayıdışda ön sırada olduqlarını “subliminal mesaj”la çatdırmaq əvəzinə cəmiyyətdə birmənalı qarşılanmayan və təbliğatdan daha çox, əks-təbliğat funksiyası yerinə yetirən bu bayağı, şüarçı “çarx” hansı “piar menecerin” ideyasının məhsulu kimi sırınır?..
Videonu təqdim edək və ümid edək ki, Dövlət Komitəsi bundan sonra bu istiqamətdəki “stimullaşdırıcı” çarxlarında iradları nəzərə alacaq:
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video