“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi yaxın gələcəkdə mümkün olmayacaq”.
Bu sözləri açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Cəmşid Quliyev deyib. Analitik tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması ehtimallarından, habelə Bakı ilə İrəvan arasındakı münasibətlərin gərginliyindən söz açıb. Müsahibimiz söyləyib ki, AŞPA da baş verənlərdən əvvəl sülh müqaviləsinin tərkibindən delimitasiya və demarkasiya məsələsi gündəlikdən çıxarılsa da, bu müqavilənin bağlanmasını tezləşdirə bilmədi.
“Ümumiyyətlə, müəyyən dövlətlər və təşkilatlar Azərbaycan və Ermənistandan (əsas da Azərbaycandan) İkinci Qarabağ müharibəsindən sonra,”istədiklərini” almazsa, sülh müqaviləsi çətin ki, yaxın aylarda baş tutsun. Artıq bu ölkələrin hansı maraqları varsa, bu maraqlarını kəskin surətdə Azərbaycan dövlətindən istəməlidirlər. AŞPA-da bizə olan münasibətdən sonra bəzi təşkilatların, o cümlədən UNESCO-nun Azərbaycan üçün xüsusi maraqları mövcuddur ki, bu maraqlar artıq gizlədilmir. Onlar Azərbaycan dövlətindən müəyyən məsələləri açıq surətdə tələb edib istəyirlər. Onlar bir növ AŞPA-nın və Aİ-nin gücünü göstərmək istəyirlər”.
C.Quliyevin sözlərinə görə, burada bəzi ölkələrin, hətta Türkiyə, Rusiya və İranın da marağı var:
Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
“Bu maraqlar isə artıq istənilir. Mövcud situasiyada Bakı artıq Moskva ilə olan münasibətləri bir qədər soyutmalı və Qərbi Azərbaycan məsələsini gündəmə gətirmək, məncə, düzgün olmazdı. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə bu, yaxın günlər və aylarda düzələsi bir məsələ deyil. Başqa politoloqlar və beynəlxalq hüquqla məşğul olan insanlar da deyə bilərlər ki, sülh müqaviləsi, ola bilsin, prezident seçkilərindən sonra olsun. Lakin indiki perspektivdə bu görünmür və biz daha da gərgin bir dövrə keçmişik. Fikrimcə, artıq bəzi dövlətləri də təhlil etmək lazımdır ki, onların hazırda Azərbaycandan istədikləri nədir. Məsələnin maraqları tərəfi də budur”.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir