Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) müdafiə komitəsinin sədri Hulusi Akar Şəhidlər xiyabanını ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bəziləri Ermənistanı proksi dövlətə çevirmək istəyir:
“Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir”.
H.Akar söyləyib ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır:
“Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”.
Keçmiş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı davam etdirirlər:
“Müdafiə sənayesi sahəsində əməkdaşlığımız sıx şəkildə davam edir”.
- Qardaşım Trampın əmri ilə öldürülüb - Epşteyn
- Bakı və Əmman arasında müntəzəm aviareyslər açıla bilər
- Bu gün Mübariz İbrahimovun doğum günüdür
- Bakıda restoran piyada keçidini zəbt etdi - Video
- Vüsal Nəsirli məşhur generalın oğludur?
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Bu şəxslər yeni mənzillərlə təmin olunacaq
- "İdrak" valideynləri belə aldadıb: Vatsapa göndərilən mesaj