Xankəndidə əsas problemli sahələrdən biri məişət, iaşə və xidmət obyektlərinin az olmasıdır. Bu sahələrə çox böyük ehtiyac var.
Bu sözləri BUTA.TV-a işğaldan azad olunan ərazilərdə, o cümlədən Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara güzəştlərin edilməsi barədə danışan millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, dövlət bu ərazilərə sahibkarları cəlb etməkdə maraqlıdır:
“Xankəndiyə gələn yerli və xarici turistləri yerləşdirmək və onlara xidmət göstərmək üçün otellər, restoranlar tikilməlidir. Bundan başqa, bərbərxana, gözəllik salonu, market və digər xidmət sahələri də istifadəyə verilməlidir. Dövlət Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən azad olunan şəhər və rayonların planı hazırlanıb. Həmin plana əsasən Xankəndi şəhərində otel, restoran, ticarət mərkəzi və başqa xidmət obyektləri tikiləcək. Buna görə də burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən çox ciddi güzəştlər nəzərdə tutulub”, - V.Əhmədov bildirib.
Qeyd edək ki, Xankəndidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara vergi, sosial və kommunal güzəştlər ediləcək. Həmçinin 10 il müddətinə vergidən azad olma da nəzərdə tutulub.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir