Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sergey Şaptala vəzifəsindən azad olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində məlumat verib.
“Bu gün Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandanlığı və müdafiə naziri Rüstəm Umerovla müşavirə keçirdim. Müşavirələrin nəticələrinə əsasən: birincisi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdim. Baş komandan Aleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barxileviçi yeni Baş Qərargah rəisi təyin etdim. Təcrübəli insandır – bu müharibənin vəzifələrini və Ukraynanın məqsədlərini anlayır”, - Zelenski qeyd edib.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın