Tanınmış stilist Anar Ağakişiyev bundan sonra “Kanal S” televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq.
BUTA.TV Olay.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb.
Bildirilib ki, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır.
Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhfəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq.
Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir.
Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.
- "Trabzonspor"un baş məşqçisi istefa verdi
- Bu şəhərdə 2 manata ev satılır... - Foto
- İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - Fotolar
- Ukraynalılar 10 günlük ərzaq ehtiyatı toplamalıdırlar
- 1651-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Putin və Ərdoğan Bişkekdə görüşdülər
- Rusiya Ermənistanda bütün öhdəliklərini yerinə yetirir
- İranın son hücumunda ABŞ bu qədər “Patriot” istifadə edib